Xalq artisti Arif Məlikov torpağa tapşırılıb FOTOLAR

Xalq artisti Arif Məlikov torpağa tapşırılıb FOTOLAR

Xalq artisti Arif Məlikov torpağa tapşırılıb. SİA-nın məlumatına görə, mərhum I Fəxri xiyabanda dəfn olunub.

Dəfn mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, eyni zamanda, mərhumun ailə üzvləri, dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında vəfat edib.

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər