XAlq artisti I Fəxri xiyabanda dəfn ediləcək

XAlq artisti I Fəxri xiyabanda dəfn ediləcək

Məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov I Fəxri xiyabanda dəfn ediləcək.Bu barədə “Report”aMədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.

O bildirib ki, hazırda dəfn mərasimi ilə bağlı hazırlıq işləri görülür: “Mərhum Arif Məlikovla bu gün saat 14:00-da Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra mərhum bəstəkar dəfn olunacaq”.

Qeyd edək ki,Arif Məlikov 85 yaşında dünyasını dəyiişib.

Mədəniyyət xəbərləri
Bizimxeber.az digər xəbərlər