Xalq artisti ilə vida mərasimi başa çatdı –Arif Məlikov I Fəxri xiyabanda dəfn edilib


Xalq artisti ilə vida mərasimi başa çatdı –Arif Məlikov I Fəxri xiyabanda dəfn edilib

Xalq artisti Arif Məlikovla vida mərasimi başa çatıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında keçirilən mərasimdə Prezident İlham Əliyev, birinci xanımMehriban Əliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov,Mədəniyyət naziriƏbülfəs Qarayev,Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədriAnar Rzayevmərhumun dostları, kino və teatr xadimləri, ictimaiyyət nümayəndələri və sadə vətəndaşlar iştirak edib.

Arif Məlikovun cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.

Allah rəhmət eləsin!

Qeyd edək ki, A.Məlikov bu gün səhər saatlarında 85 yaşında vəfat edib.

Mədəniyyət xəbərləri
Strateq.az digər xəbərlər