Xalq artisti ilə vida mərasimi keçirilir - FOTO


Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, mərasimdə mədəniyyət-incəsənət xadimləri iştirak edir.

Akademiyanın rektoru Fərhad Bədəybəyli dahi bəstəkar haqqında xatirələrini bölüşüb:

"Arif müəllim Azərbaycan bəstəkarlıq məktəbinin, ən parlaq, ən istedadlı, ən unikal nümayəndələrindən biridir. Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Ən məşhur əsəri "Məhəbbət əfsanəsi, ona dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa da, son günlərinədək akademiyaya gəlirdi. Bu, Azərbaycan mədəniyyəti üçün ağır itkidir".

O, dahi bəstəkarın ailəsinə başsağlığı verib.

Xalq artisti Faiq Sücəddinov bildirib ki, Arif Məlikov onun müəllimi olub. "Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, bu dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onin dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözəl ünsiyyətdə olurdu. Allah ona rəhmat etsin".

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər