“ALİ MƏHKƏMƏNİN ƏDALƏTLİ QƏRAR VERƏCƏYİNƏ İNANIRAM”
06-12-2022 18:47
- Xalq.az - Siyasət
Təhrif olunmuş faktla, heç bir hüquqi sübuta söykənməyən, əsassıs iddiham və mülahizələrlə ədalətsiz hökm edənlər və günahkarlar hüquqi cəzalandırılmalıdır! Xalq.az Tribunainfo.az-ın məlumatına istinadən xəbər verir ki, bu sözlər hazırda həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin və “bakutime.az”, “xalq.az” saytlarının rəhbəri Zaur Mirzə-zadəyə məxsusdur. Xatırladaq ki, zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında 2015- ci ildə bir qrup şəxs barəsində başladılan cinayət işinə 2021 – ci ildə yalnız bir qadının şahidliyi ilə cəlb edilən Zaur Mirzə-zadə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi 8 oktyabr 2021- ci ildə təkzibolunmaz faktlarla bəraət hökmü vermişdi.