“Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz”

“Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edə bilməz”

Teatr və kinonun xalqın mədənihəyatında mühüm rol oynadığı hər kəsə məlumdur. Bəs tetarlar yüksək keyfiyyətəmalik bədii əsərlərlə – pyes və dramlarla təmin olunurmu? Teatrlara təqdim edilənəsərlərin keyfiyyət göstəricisi aktyorları nə dərəcədə qane edir?

Modertor.az-a açıqlamaverən görkəmli aktyor, xalq artisti İlham Namiq Kamal mövcud durumu qənaətbəxşhesab etdiyini vurğuladı:

“Hesab edirəm ki, bu sahədəhər hansı problem yoxdur. Məsələn, dünən Faiq Sücəddinovun “Mən dəyərəm min cavana” musiqilikomediyası idi. Zal ağzına kimi dolu idi. Martın10-da, Azərbaycan Teatr Günündə Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqilikomediyası idi. Zalda bir dənə də olsun boş yer yox idi. Martın əvvəlində EminSabitoğlu və Cahangir Məmmədovun “www.ferzeli-kef.com” musiqili komediyası idi.Yenə də zalda yer yox idi. Bunlar bilavasitə mənim iştirakımla olan əsərlərdir.

Martın 22-də Ramiz Mirişli,Marat Haqverdiyevin “Amerikalı kürəkən” əsəri təqdim ediləcək. Mən bu tamaşada başrolda oynayacam. Artıq mənə məlumat veriblər ki. bir dənə də olsun biletyoxdur. Belə olan halda necə deyə bilərəm ki, teatra maraq yoxdur və ya teatratəqdim edilən əsərlərin keyfiyyəti yüksək deyil? Əgər bu əsərlər yüksək keyfiyyətəmalik deyilsə, necə olur ki, zalda boş yer tapılmır?

Bu yaxınlarda Sabit Rəhmanıneyni adlı əsəri əsasında “Əliqulu evlənir” komediyası təqdim olunacaq. MusiqisiniOqtay Rəcəbov yazıb. Bunun da məşqlərinə başlayacayıq.

Rəhman Əlizadənin “Bizim DonKixot əsəri tamaşaya qoyulacaq”. Mən Don Kixot rolunda oynayacam. Rejissor QurbanMəsimov, mahnıların bəstəkarı isə Vüqar Camalzadədir”.

Hesab edirəm ki, hər bir sənətkarsənəti də xalqı da sevməlidir. Xalqı sevməyən sənətkar heç vaxt inkişaf edəbilməz. Bunu heç vaxt unutmaq olmaz”.

Seymur ƏLİYEV

Açar sözlər
Üzeyir Hacıbəyli , Seymur Əliyev , Cahangir Məmmədov , Faiq Sücəddinov , Vüqar Camalzadə , Ramiz Mirişli , Rəhman Əlizadə , Marat Haqverdiyev , Azərbaycan
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər