Xanım siyasətçidən Keşikçidağ açıqlaması: “Rusiya yenə ölkələrarası intriqalara rəvac verir”


Xanım siyasətçidən Keşikçidağ açıqlaması: “Rusiya yenə ölkələrarası intriqalara rəvac verir”

“Heç kimə sirr deyil ki, Qafqazda sakitliyi hər zaman pozan Rusiya olub. Yenə də eyni ssenari gedir”.

Cebhe.info xəbər verir ki, bunu Ümid Partiyasının sədr müavini Tamilla Qulami deyib.

T.Qulami qeyd edib ki, Ermənistan Qərbə yönlənib, Rusiyanın nəzarətindən, köləliyindən çıxmağa can atır, Rusiya da əlində olan növbəti variantı, Gürcüstanı işə salır:

“Rusiyanın Ermənistan üzərindən variantları kifayət qədərdir, sadəcə əlavə təxribat ona məntiqiylə mane olmur. Keşikçidağ ətrafında yaşananlardan xalqımız təbii olaraq narahatdır. Çünki bu problemin nədən qaynaqlandığı barədə ictimaiyyətə geniş şəkildə məlumat verməliyib. Rusiya yenə ölkələrarası intriqalara rəvac verən variantlara əl atıb. Hər zamankı kimi, hakimiyyətin səlahiyyətli qurumları susur, insanların həyəcan təbilini dayandıracaq olan bəyanatı vermir. Rusiya Qafqazdan çıxarılmayanadək, bölgədəki 3 hakimiyyətin 3-ü də rusiyayönümlü səlahiyyətlilərin olduğu sürəcə bu kimi hadisələrin baş verməsi qaçılmaz olacaq. Azərbaycan isə daha çox təhlükədədir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 133