“Xaricdə Azərbaycan teatrlarının yaradılmasını alqışlayıram”

Mehriban Xanlarova: “Bu, mədəniyyət və incəsənətimizin təbliği baxımından müsbət addımdır”
Bu günlərdə İsveçdə gəncsoydaşlarımız tərəfindən “Tumurcuq” adlı Azərbaycan teatrı fəaliyyətə başlayıb.
Azərbaycan mədəniyyəti vəincəsənətinin xarici ölkələrdə təbliği baxımından bu cür teatrların yaradılmasınə dərəcədə əhəmiyyətlidir? Dünyanın müxtəlif ölkələrində bu cür teatrların formalaşmasımilli mədəniyyətimizin beynəlxalq aləmdə təbliğinə əsaslı töhfə verə bilərmi?
Moderator.az-a açıqlamaverən Əmədar artist Mehriban Xanlarova bu kimi yenilikləri təqdir etdiyinivurğuladı:
“Şübhəsiz ki, xarici ölkələrdəAzərbaycan teatrlarının yaradılması alqışlanası bir hadisədir. Mən bunu müsbəthadisə hesab edirəm. Düşünürəm ki, xarici ölkələrdə soydaşlarımız tərəfindən bucür tetarların fəaliyyəti milli mədəniyyət və incəsənətimizin təbliği naxımındanmühüm önəm kəsb edən bir hadisədir. Arzu edirəm ki, dünyanın hər yerindəsoydaşlarımız tərəfindən bu cür teatrlar yaradılsın və onlar bizim mədəniyyətimizi,insəsənətimizi uğurla təbliğ etsinlər. Mən
yeni yaranan teatrımızı təbrikedir, onlaral öz fəaliyyətində uğurlar arzu edirəm”.
Seymur ƏLİYEV