Xərçəng xəstəliyindən əziyyət çəkən nişanlısını zorladı, öldürüb cəsədini yandırdı - FOTO


İzmirdə xərçəng xəstəsi olan 25 yaşlı qız nişanlısı tərəfindən təcavüzə uğradıqdan sonra vəhşicəsinə qətlə yetirilib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı Sibel Çəlik nişanlısı Halil Yılmaz tərəfindən bıçaqlanıb.

Halil Yılmaz törətdiyi cinayəti itirmək üçün onu çarpayının bazasına qoyaraq yandırıb.

3 mərtəbəli binanın zirzəmisinin yandığını görən qonşular polisə xəbər verib.

Qısa müddət ərzində yanğını söndürən yanğın söndürənlər çarpayının içərisində bir qadın cəsədinin olduğunu görüblər.

Ekspertizadan sonra cəsədin Sibel Çəlikə aid olduğu və onun təcavüzə məruz qaldıqdan sonra bıçaqlanaraq qətlə yetirildiyi ortaya çıxıb.

Hadisə ilə bağlı Sibel Çəliyin nişanlısı Halil Yılmaz və qardaşı Selman Yılmaz barəsində cinayət işi açılıb.

Dünən Sibel Çəliyin ölümü ilə bağlı açılan məhkəmənin növbəti iclası baş tutub.

Məhkəmə cinayəti törətdikdən sonra başqa ölkəyə qaçan Halil Yılmazın tutularaq ölkəyə gətirilməsini və onun qardaşı Selman Yılmazın həbs edilməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, cütlük 6 ya ərzində tanış olub, nişanlanıblar. Son dövrlər cütlük arasında mübahisə olduğu bildirilir. Bundan əlavə Sibel Çəliyin xərçəng xəstəliyindən əziyyət çəkdiyi və onun ölümündən 2 həftə əvvəl əməliyyat olunduğu ortaya çıxıb.

Bu, ailədə baş v erən ilk faciə deyil. Belə ki 2015-ci ildə Sibel Çəliyin 18 yaşlı eşitmə qüsurlu qardaşı Şakir Çelik dənizdə boğularaq ölüb.

Aysel Yusifqızı

Hadisə xəbərləri
Big.az digər xəbərlər