Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində

Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində

Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.


AZXEBER.COM Trend-ə istinadən bildirir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.


Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.

Açar sözlər
Moskva Dövlət Universiteti
İKT xəbərləri
Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Nazirlikdən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

18-04-2019 18:51 - Yenisabah.az - İKT
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib. "Yeni sabah"ın məlumatına görə, müraciətdə bildirilib ki, son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən şəxslərin sayı artmaqdadır: “Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. Həmin səhifə və profillərdə polisin fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Ona görə də sosial şəbəkə izləyicilərinə saxta səhifə və profillərdən istifadə etməməyi tövsiyə edirik. Məlumat üçün bir daha xatırlatmaq yerinə düşərdi ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri artıq 2 ildən artıqdır ki, fəaliyyət göstərir. Vətəndaşlar DİN-in rəsmi www.mia.gov.az saytından “facebook”, “instagram ”, “twitter” və “youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud aşağıdakı linklər vasitəsi ilə həmin səhifələri bəyənmə və abunə olmaqla məlumatları əldə edə bilərlər: Facebook – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki (https://www.facebook.com/mia.gov.az/) İnstagram – azerbaycan.din keçid linki – (https://www.instagram.com/azerbaycan.din/) Youtube – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi keçid linki – (https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMG… Twitter – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (https://twitter.com/MIAAzerbaijan)”.
Azxeber.com digər xəbərlər