Xərçəngə qarşı ilk antibiotik yaradıldı

Xərçəngə qarşı ilk antibiotik yaradıldı

Xərçəngə qarşı ilk antibiotik yaradıldı

Beynəlxalq alim qrupuilk dəfə olaraq şişə qarşı maddəni kedarsidinlə sintez edib. Bu birləşmə şişli hüceyrələrə qarşı mübarizədə effektivdir, həmçinin, antibiotiklərə davamlı olan bakteriyaları məhv edə bilir.

Bu barədə Phys.orgsaytında press-reliz dərc olunub.

Tədqiqatçılarkedarsidinin molekulyar strukturunu təbiətdə aşkarlanmasından 10 il sonra müəyyənləşdirə bilib. Birləşmə30 il əvvəl Hindistanda torpaqdan götürülmüş nümunələrdən hasil edilib.

Məlum olub ki, bu birləşmə yüksək bioloji aktivliyə malikdir, mikroorqanizmlərin hüceyrələrində və xərçəng hüceyrələrində DNT-nin zədələnməsinin qarşısını alır, onların davamlı inkişafının qarşısını alır.Ancaqstrukturunun mürəkkəb olmasına görə, alimlər uzun müddət onu laborator şəraitdə əldə edə bilməyib.

Mütəxəssislərin fikrincə, əldə olunmuş nəticələryeni nəsil antibiotiklərin və bədxassəli şişlərə qarşıagentlərin yaradılmasına kömək edəcək.

Açar sözlər
Hindistan
İKT xəbərləri
Oxu.az digər xəbərlər