Xərçəngə qarşı ilk antibiotik yaradılıb

Xərçəngə qarşı ilk antibiotik yaradılıb
Beynəlxalq alimlər qrupu ilk növbədə “kedarcidin” adlı şiş əleyhinə təsir göstərəcək maddənin sintezini yaradıblar. Bu bitki tərkibli antibiotiklər hüceyrələr və dayanıqlı bakteriyalarla mübarizədə yüksək təsirə malikdir. Bu barədə “Phys.org” məlumat verib.

"Bizimyol.info" xəbər verir ki, tədqiqatçılar təbiətdə mövcud olan “kedarcidin”in molekulyar quruluşunu 10 il sonra təyin edə bildilər. Bu mürəkkəb birləşmənin 30 il əvvəl Hindistanda torpaq nümunələrində aşkarlandığı müəyyən edilib.

Məlum olub ki, o, yüksək bioloji aktivliyə malikdir və mikroorqanizmlərin və xərçəng hüceyrələrinin DNT-ni zədələməklə onların gələcək artımını qarşısını alır. Lakin maddə mürəkkəb tərkibli olduğuna görə alimlər onun təkmirləşdirilməsi üçün laboratoriyada uzun müddət çalışmalı olublar.

Ekspertlərin fikrincə, əldə olunan nəticələr yeni nəsil antibiotiklər və şiş əleyhinə həblərin inkişaf etdirilməsinə kömək edəcək. Elm adamları gələcək tədqiqatlarda “kedarcidin”in tərkibinin müəyyənləşməsi üzərində tədqiqat aparacaqlarını bildiriblər ki, bu da xərçəng hüceyrələrini tamailə məhv edəcək həblərin yaranmasını reallaşdıracaq.

İKT xəbərləri
Bizimyol.info digər xəbərlər