Xəzər dənizində gəmidə qəza olub

Xəzər dənizində gəmidə  qəza olub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib.

Bu Metbuat.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb.

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar".

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər