Xəzər dənizindəki qəzada 14 nəfər xəsarət alıb - Yenilənib

Xəzər dənizindəki qəzada 14 nəfər xəsarət alıb -  Yenilənib

Bu barədə "Saipem" şirkətindən məlumat verilib: "Mayın 8-də, təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb və hal hazırda "Citadel" gəmisi vasitəsi ilə

Bakı sahilinə çatdırılması işləri aparılır".

Həmçinin qeyd olunub ki, gəminin 01:45 radələrində sahilə çatması gözlənilir: "Yaralananları dərhal Mərkəzi Nefçilər Xəstəxanasına çatdırmaq üçün limanda təcili tibbi yardım maşınları hazır şəkildə gözləməkdədir. "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır".

Gəmidə baş verən yanğın söndürülüb. (Trend)

***

(22:35)

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin balansında olan "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib.

Bu barədə Azvision.az-a QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, qəza zamanı xəsarət alan olmayıb

"Gəmi ilə davamlı əlaqə saxlayırıq. Heyət üzvləri arasında xəsarət alan olmayıb. Gəmi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə "Saipem" şirkətinin nümayəndələri çalışırlar".

Teqlər: Xəzər Gəmi

Hadisə xəbərləri
Azvision.az digər xəbərlər