Xəzərdə gəmidə baş verən yanğın nəticəsində...

Xəzərdə gəmidə baş verən yanğın nəticəsində...

Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsarfil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.

Trend-ə şirkətdən verilən məlumata əsasən, müxtəlif dərəcəli yanğın xəsarətləri alan 14 nəfər "Citadel" gəmisi vasitəsi ilə gecə saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

Şirkət qeyd edib ki, baş verən hadisə zamanı gəmi heyətindən həsarət alan olmayıb və hazırda gəminin gələcək təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur: "Saipem" şirkəti gedişatı nəzarətə götürüb və müntəzəm olaraq yenilənən xəbərləri çatdıracaqdır

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər