Xəzərin su səthinin bölünməsi ayrıca sazişlə razılaşdırılacaq - VİDEO

Xəzərin su səthinin bölünməsi ayrıca sazişlə razılaşdırılacaq - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Xəzərin təkinin üzbəüz və yanaki dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulur ki, bu sektorlarda xəzəryani dovlətlər mineral ehtiyatların hasilatı və işlənməsində suveren hüquqlara malikdirlər. Razılaşdırılan konvensiya layihəsində su səthi üzrə müəyyən zonalar müəyyən olunub. 15 millik zona dövlətin suveren ərazisi kimi qəbul olunub. 15 milə əlavə olaraq 10 mil balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə qalır. Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.

Videonu izləmək üçün şəklə klikləyin:

Siyasət xəbərləri
Day.az digər xəbərlər