Xilafət sərkərdəsinin Azərbaycanda "doğdurduğu günəş"

Xilafət sərkərdəsinin Azərbaycanda "doğdurduğu günəş"

"Əbu-Müslimin bu məscidləri tikməsinin başlıca səbəbi İslam dinini əhali arasında yaymaq olub"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Qubanın Xınalıq kəndi relyefi ilə yanaşı tarixiliyinə görə də digər kəndlərdən fərqlənir. Kəndin balaca olmasına və rayondan kənarda yerləşməsinə baxmayaraq, burada çox maraqlı və qədim tarixə malik tarixi abidlər var.

Bunlardan biri də "Əbu-Müslim" məscididir. Eyni adlı məscidlərə Xınalıqla yanaşı, Qubanın Qrız və Cek kəndlərində də rast gəlmək mümkündür.

Məscidin tarixi haqqında kənd sakini Yusif Şabanov Sputnik Azərbaycan-a danışıb: "Kəndimizdə dinə, ziyarətlərə inam həddən ziyadə çoxdur. Buna görə də bizdə insanlar üçün məscidin olması, orada namazların vaxtlı-vaxtında qılınması çox önəmlidir".

Y.Şabanovun dediyinə görə, məscid 8-ci əsrdə Abbasilər Xilafətinin banisi olan Abbasın məşhur sərkərdəsi Əbu-Müslüm Əl-Xorasani tərəfindən inşa olunub: "Əbu-Müslimin bu məscidləri tikməsinin başlıca səbəbi İslam dinini əhali arasında yaymaq olub".

"Təəssüflər olsun ki, məscid SSRİ dövründə anbar kimi istifadəyə verilib. İnsanlar qışa yığdıqları azuqələrini bu məsciddə topalayıb saxlayıblar. Bir müddət keçdikdən sonra isə kənd əhalisi tərəfindən məscid yenidən bərpa olunub və namaz qılınmağa başlanıb" - müsahibimiz bildirib.

"Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva "Əbu-Müslim" məscidi © Sputnik / Leyla Abdullayeva 1 / 8

O, məscidin fərqli üslubda tikilməsi barədə də məlumat verib: "Bu məscidin içərisi çox maraqlı şəkildə tikilib. Sütunlar oyma üsulu ilə müxtəlif formalı motivlər və göl təsvirləri ilə bəzədilib. Məscidin içərisində iki böyük sütun yerləşir və bu sütunların üzərində Avropanın və Şərqi Asiyanın qədim yazı növü olan "runa" yazıları həkk olunub".

"Alimlərin fikrinə görə, bu sütunların tarixi çox qədimdir. Yazıların, təqribən 3-8 əsrlər arasında yazıldığı ehtimal olunur. Bu yazıların tam olaraq tərcüməsi olmasa da, təxmini mənası "günəşin doğması" və yaxud yeni tarixin yaranması mənasını daşıyır" - Şabanov deyib.

Həmsöhbətimiz bildirib ki, rayona gələn yerli və xarici turistlər bu məscidi ziyarət etmədən getmirlər: "Pakistandan, Ərəbistandan, Türkiyədən, İrandan və bir çox müsəlman ölkələrindən gələn bəzi turistlər burada yerli sakinlərlə birlikdə namaz qılırlar. Lakin məscid yalnız kişilər üçündür və qadınların namaz qılması üçün yer yoxdur".

Qeyd edək ki, qədim tarixə malik "Əbu-Müslim" məscidi dövlət tərəfindən bir neçə il öncə əsaslı şəkildə təmir olunub.

Açar sözlər
Leyla Abdullayeva , Yusif Şabanov , Türkiyə , Azərbaycan , Iran , Quba , Pakistan
Mədəniyyət xəbərləri
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

23-04-2019 12:30 - Virtualaz.org - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Sputnik.az digər xəbərlər