XİN-dən ermənilərin Aİ bəyanatına cavab

XİN-dən ermənilərin Aİ bəyanatına cavab

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini qeyd edib.

XİN-in mətbuat katibi Leyla Abdullayeva Oxu.Az-a açıqlama verərək, bu məsələni şərh edib.

XİN rəsmisi qeyd edib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Aİ-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, bu bəyanat münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir”.

Siyasət xəbərləri
Bizimyol.info digər xəbərlər