XİN rəhbərlərinin Moskva görüşünün nəticələri nə vəd edir? -ŞƏRH-EKSKLUZİV

XİN rəhbərlərinin Moskva görüşünün nəticələri nə vəd edir? -ŞƏRH-EKSKLUZİV

Aprelin 15-də Rusiyanın paytaxtı Moskva şəhərində ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirildi. XİN rəhbərlərinin Moskva görüşü barədə fikirlərini bildirən politoloq Ramiyyə Məmmədova "OLAYLAR"-a bildirib ki, bu görüş Rusiyanın bölgədəki hegemonluğunun göstəricisidir. Politoloqun sözlərinə görə, bu görüş ənənəvi götüşlərdən fərqlənmədi: "Açıq desək həmin görüşün nəticəsi münaqişənin həllinə gətirib çıxarmır. Sadəcə bu prosesin uzanmasına yol açır". Görüşdən sonra verilən bəyanatlara gəlincə isə, politoloqun sözlərinə görə, Azərbaycan XİN rəhbərinin dediklərindən aydın olur ki, müzakirələrdə 4 məsələ əsas rol oynayır: "Bu ilk növbədə Ermənistan tərəfinin irəli sürdüyü status və təhlükəsizlik məsələsidir. Bildiyimiz kimi Azərbaycan hər zaman Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır. Lakin bu Azəbaycanın ərazi bütövlüyü çərçivəsində baş verməlidir. Azərbaycan tərəfi isə bunun qarşılığında Ermənistanın işğal etdiyi torpaqlardan tamamilə çəkilməsini tələb edir. Bu da normal və düzgün mövqedir. Ermənistan tərəfi birmənalı şəkildə başa düşməlidir ki, Dağlıq Qarabağa verilən muxtariyyət və təhlükəsizlik təminatı ilk növbədi onun işğal etdiyi Azərbaycan ərazilərini azad etmsindən asılıdır. Qaçqın və məcburi köçkünlərin təhlükəsiz şəkildə öz ata-baba torpaqlarında yaşaması təmin edilməlidir. İkinci bir məsələ isə KİV nümayəndələrinin qarşılıqlı şəkildə İrəvana və Bakıya səfərlər etməsidir. Qeyd edim ki, əvvəllər də bu kimi səfərlər olub və həmin səfərlərin də heç bir nəticəsi olmayıb. KİV nümayəndıələrinin ora gedib gəlməsi sadəcə olaraq Azərbaycan, Ermənistan, yaxud Qarabağ haqqında materialların KİV-lərdə dərc edilməsi ilə nəticələnə bilər. Bütün bunları da biz bilirik. İstər Azəbaycanın inkişafı, istər Ermənistan, istərdə Qarabağdakı proseslər hər kəsə bəllidir. Yəni, qeyd etdiyim ikinci məsələnin reallaşması ilə də heç bir nəticə əldə olunmayacaq". Ramiyyə Məmmədova deyib ki, üçüncü məsələ kənd təsərrüfatı ilə bağlıdır: "Yəni, hər iki tərəf şərait yaratsın ki, insanlar öz torpaqlarını əkib-biçsinlər. Burada da əsas məsuliyyət yenə Ermənistanın üzərinə düşür. Çünki, Ermənistan tərəfi heç vaxt verdiyi vədlərə əməl etməyib". Politoloq hesab edir ki, XİN rəhbərlərinin Moskva görüşü və əldə edilən razılaşma heç bir nəticəyə səbəb olmayacaq: "Bu münaqişənin həlli istiqamətində görülən çox cüzi işlərdir. Sadəcə olaraq Sergey Lavrov, xüsusilə də Rusiya belə görüşlər keçirməklə hər iki dövlətin gözünə kül üfürməklə məşğuldur. Görüntü yaradılır ki, münaqişənin həlli istiqamətində Rusiya tərəfindən cəhdlər edilir. Ancaq gördüyümüz kimi, bu kimi görüşlər heç bir nəticə vermir". Ramiyyə Məmmədovanın sözlərinə görə, ən yaxşı variant Dağlıq Qarabağın Azərbaycan və errməni icmalarının görüşlərinin təşkili olardı: "Ermənistan deyil, Dağlıq Qarabağda yaşayan separatçıları bu sülhə hazırlamaq lazımdır.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər