XİN sazişin vaxtı ilə bağlı açıqlama yaydı

"Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz bu ilin may ayının 13-də imzalanması nəzərdə tutulmayıb".
Moderator.az xəbər verir ki, bunu XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir.