XİN sözçüsü Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumata münasibət bildirib

XİN sözçüsü Keşikçidağ monastırına girişin məhdudlaşdırılması barədə məlumata münasibət bildirib

"Xatırlatmaq istərdim ki, Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca təxminən 25 kilometr məsafədə səpələnmiş bir çox tarixi, memarlıq və dini obyektlərdən ibarətdir və həmin kompleks təpələr sırası ilə iki hissəyə bölünür. Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur".

Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın Keşikçidağ monastır kompleksinə girişi məhdudlaşdırması barədə Gürcüstan mediasında yayılmış məlumata münasibət bildirərkən deyib.

"Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycan tərəfinin üç gün əvvəl Keşikçidağ (David Qareci) monastır kompleksinə girişi bağladığı barədə Gürcüstan mətbuatında məlumatlar yayılıb. Gürcüstanın xarici işlər naziri David Zalkaliani bu gün verdiyi açıqlamasında azərbaycanlı həmkarı ilə danışıqlardansonra məhdudiyyətin aradan qaldırıldığını bildirib.

Açar sözlər
David Qar , Leyla Abdullayeva , Xarici Işlər Nazirliyi , Azərbaycan , Gürcüstan
Siyasət xəbərləri
Ona.az digər xəbərlər