XİN sözçüsü: "Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"

XİN sözçüsü:
"Suriya ilə təhlükəsiz əraziyə Türkiyə nəzarət etməlidir"

"ABŞ rəhbərliyi yenidən təhdid dilində danışır. Bu münasibətlə heç bir uğurlu nəticə əldə etmək mümkün olmayacaq".


Bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.


O, Türkiyə ilə Suriya arasında təhlükəsizlik bölgəsindən danışaraq bildirib: “Təhlükəsizlik bölgəsi ilə bağlı mövqeyimiz qətidir. Bu əraziyə Türkiyə nəzarət etməli, YPG (terrorçu PKK-nın Suriyadakı qolu-red.) orada omamalı, sərhədboyu təhlükəsizlik bölgəsinin eni 20 mil, yaxud 32 km olmalıdır”.


O, 1915-ci il 24 aprelin hadisələri ilə bağlı Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin ünvanına söylədiklərinə də toxunub: "Makronun aprelin 24-nü “anım günü” elan etməsini unutmayacağıq. Fransa Prezidentinin söylədiyi ağır ifadələrin qarşılığı olacaq".(report)

Açar sözlər
Emmanuel Makron , Ypg , Pkk , Xarici Işlər Nazirliyi , Türkiyə , Abş , Fransa , Suriya
Siyasət xəbərləri
Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

Nə baş verir?| Mübariz QİO, Satqın “Alman planı” və Fürsətçillər

26-04-2019 15:25 - Ordu.az - Siyasət
500 piyada, 70 süvari, 3 zirehli avtomobil Maştağanın cənubundan Buzovnaya gedən yolla hərəkət etmək istədilər, lakin Maştağa dəstəsi və Ləzgi süvari alayı tərəfindən geri atıldılar.579 Hələ iyulun axırlarında Şollar su xətti türk-Azərbaycan döyüşçülərinin nəzarətinə keçsə də, insanpərvərliklə seçilən türk-müsəlman komandanlığı şəhər əhalisinin əziyyətlərini nəzərə alaraq su xəttinə toxunmadı. 

Sentyabrın 10-da QİO komandanı Bakıya hücum əmrini imzaladı; Şərq Cəbhəsi komandanlığı və Şimal qrupu ləğv edilir; hazırlıq işləri 11 sentyabr saat 21-də tamamlanır; Şərq cəbhəsi kimi tanınan qüvvələr (5-ci, 15-ci firqələr, Cənub qrupu) birbaşa QİO komandanına tabe edilir; qoşunların tərkibi - 5-ci firqə: 9-cu, 10-cu, 13-cü, 56-cı piyada alayları, dağ qaubitsa batareyası, 13 rus səhra topu, 4 rus dağ topu, 2 ədəd 105 mm-lik səhra qaubitsası, 3 Qüdrətli dağ batareyası (10 top), 2 Şnayder topu, 6 Şnayder dağ topu; 15-ci firqə: 38-ci, 107-ci piyada alayları, 2-ci mürəttəb süvari alayı, Azərbaycan süvari alayları, Dikaya diviziya (Tatar süvari alayı nəzərdə tutulur) və milis (könüllülər) taborları, 105 mm-lik səhra qaubitsa, 2 rus Şnayder dağ, qüdrətli dağ batareyaları, 4 Krupp dağ topu, Krupp dağ taqımı; Cənub qrupu: 4-cü Azərbaycan piyada alayının 1-ci və 2-ci taborları, iki süvari bölüyü, süvari Azərbaycan bölüyü, iki Krupp dağ, iki rus səhra topu; 106-cı piyada alayının iki taboru Hökməlinin cənubunda ehtiyat saxlanılacaq, bir tabor 5-ci firqəyə veriləcək; 5-ci firqə sağ cinahı ilə Hacı Həsən-Ermənikənd istiqamətində irəliləyəcək, Heybət stansiyasından, dəniz sahili və Qurd qapısınadək olan ərazini tutacaq, mümkün olarsa, təpəni zəbt edəcək; 15-ci firqə Biləcərinin şərqindən sağ cinahı istiqamətində hücum edəcək.
Moderator.az digər xəbərlər