Xınalığa qar yağır - FOTO

Xınalığa qar yağır - FOTO


Ötən gün gündüz saatlarından başlayaraq, Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, səhər saatlarından sonra hava şəraiti kəskin dəyişib.Kəndə güclü qar yağmağa başlayıb. Hazırda qar yağmaqda davam edir. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən yaşayış məntəqəsində üç santimetrə qədər qar var.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu bu gündən ayın ikinci ongünlüyünədək havanın 7-10 dərəcə aşağı enməsi ilə bağlı xəbərdarlıq edib.

Hadisə xəbərləri
Sherg.az digər xəbərlər
Nazirliklərdə YENİ KOMMUNAL XİDMƏT LİMİTLƏRİ tətbiq ediləcək

Nazirliklərdə YENİ KOMMUNAL XİDMƏT LİMİTLƏRİ tətbiq ediləcək

17-04-2019 12:07 - Sherg.az - İqtisadiyyat
Qaydaya əsasən növbəti il üçün büdcə təşkilatlarında kommunal xidmətlərə görə limit müəyyən edildikdə, aşağıdakı göstəricilərdən istifadə olunur:- ötən il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri tərəfindən istehlak olunmuş kommunal xidmətlərin miqdar ifadəsində faktiki həcmi;- cari il ərzində istehlakçının tabeliyində (istifadəsində) olan obyektlərin (və ya onun sahəsinin) hər biri üzrə istehlak olunacaq kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;- cari və növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində gözlənilən həcmi;- cari ildə ləğv edilmiş və (və ya) növbəti ildə ləğvi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;- cari ildə icarəyə götürülmüş və (və ya) növbəti ildə icarəyə götürülməsi nəzərdə tutulan obyektlərin (və ya onun sahəsinin) faktiki və (və ya) texniki göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;- cari ildə icarəyə verilmiş və (və ya) növbəti ildə icarəyə verilməsi nəzərdə tutulan obyektlər (və ya onun sahəsi) üzrə faktiki istehlak göstəricilərinə əsasən tələb olunan kommunal xidmətlərin miqdar ifadəsində həcmi;- icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçının subabonenti olduqda, həmin subabonent üzrə kommunal xidmətlərin miqdar ifadəsində həcmi;- icarə münasibətləri istisna olmaqla, digər hallarda istehlakçı subabonent olduqda, onun kommunal xidmətlərə görə istehlakın miqdar ifadəsində həcmi.