Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib

Xorvatiya - Azərbaycan matçının hakimləri müəyyənləşib

AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində martın 21-də, saat 23:45-də Zaqreb şəhərindəki “Maksimir” stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. SİA hakimlərin siyahısını diqqətinizə çatdırır:

Baş hakim: Georgi Kabakov
Baş hakimin köməkçiləri: Martin Marqaritov, Divan Valkov
Dördüncü hakim: Nikola Popov
(Hakimlər briqadası Bolqarıstandandır)

İdman xəbərləri
Sia.az digər xəbərlər
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

18-03-2019 13:45 - Sia.az - İqtisadiyyat
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində buğda emalı müəssisələrinin səmərəli fəaliyyətinin təmin olunması məqsədilə kəpək istehsalı və satışının 2019-cu ilin martın 1-dən 2 il müddətinə əlavə dəyər vergisindən azad edilməsi və hazırda buğdanın idxalı və satışı, buğda ununun, çörəyin istehsalı və satışına tətbiq olunan güzəştin əlavə olaraq daha bir il uzadılması nəzərdə tutulur.“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi auditə dair hesabatla əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyinin bildirilməsinin 20 gündən 10 günədək müddətinə azaldılması, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlarda həyata keçirilən auditə dair məlumatların təqdim edilməsi qaydasının təkmilləşdirilməsi, habelə Hesablama Palatası üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hazırlanıb.“Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komissiya haqlarının və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılmasına görə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.