Xorvatiyanın cənubunda yeni minarəli məscid inşa olunacaq

Xorvatiyanın cənubunda yeni minarəli məscid inşa olunacaq

Zaqreb, 26 aprel, AZƏRTAC

Xorvatiyanın Dubrovnik şəhərinin Qruj rayonunda yeni minarəli məscid inşa olunacaq. Yerli müsəlmanların lideri Faxim Vukoutiç bildirib ki, məscidin tikintisi sənədlərin yoxlanmasından sonra başlayacaq və iki il davam edəcək. O qeyd edib ki, məscid Mərakeş və Aralıq dənizi memarlıq üslubunda inşa ediləcək.

Qeyd edək ki, məscidin tikiləcəyi rayonda Bosniya və Herseqovina, Albaniya və Türkiyədən olan 1500-ə yaxın müsəlman yaşayır. Hazırda Xorvatiyada 3 minarəli və 15 minarəsiz məscid fəaliyyət göstərir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Açar sözlər
Iqbal Hacıyev , Türkiyə , Albani , Xorvatiya , Mərakeş , Bosniya Və Herseqovina , Zaqreb , Dubrovnik
İqtisadiyyat xəbərləri
Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır  - MİSAL İLƏ İZAH

Hansı əməliyyatlar Əlavə Dəyər Vergisindən azaddır - MİSAL İLƏ İZAH

26-04-2019 14:35 - Kommersant.az - İqtisadiyyat
Məcəllənin 164-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, quş ətinin satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı ƏDV-dən azaddır. Lakin kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə edilən baytarlıq preparatlarının idxalı ƏDV-dən azad olduğu halda, həmin malların Azərbaycan Respublikasında təqdim edilməsi Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən vergitutma obyektidir.
Azertag.az digər xəbərlər