Xorvatiyanın cənubunda yeni minarəli məscid inşa olunacaq

Xorvatiyanın cənubunda yeni minarəli məscid inşa olunacaq

Xorvatiyanın Dubrovnik şəhərinin Qruj rayonunda yeni minarəli məscid inşa olunacaq.

Yerli müsəlmanların lideri Faxim Vukoutiç bildirib ki, məscidin tikintisi sənədlərin yoxlanmasından sonra başlayacaq və iki il davam edəcək. O qeyd edib ki, məscid Mərakeş və Aralıq dənizi memarlıq üslubunda ilə inşa ediləcək.

Qeyd edək ki, məscidin tikiləcəyi rayonda Bosniya və Herseqovina, Albaniya və Türkiyədən olan 1500-ə yaxın müsəlman yaşayır. Hazırda Xorvatiyada 3 minarəli və 15 minarəsiz məscid fəaliyyət göstərir./Azərtac/

Açar sözlər
Türkiyə , Albani , Xorvatiya , Mərakeş , Bosniya Və Herseqovina , Dubrovnik
Siyasət xəbərləri
Musavat.com digər xəbərlər