Xoşqədəm ittihamlara belə reaksiya verdi – Video

Xoşqədəm ittihamlara belə reaksiya verdi – Video

"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə onun əleyhinə aparılan kampaniyaya cavab verib.

O, verilişin bugünkü buraxılışında 10 ildir efirdə olan telelayihəsi vasitəsilə gördüyü işlərdən, xeyriyyə aksiyalarından və vasitəçisi olduğu yardımlardan danışıb.

Dünya televiziyalarında yayımlanan eyni məzmunlu verilişlərlə analogiya aparan Xoşqədəm Hidayətqızı efirdə baş verənlərin real həyatda yaşananlardan, insan iztirabları və problemlərindən ibarət olduğunu vurğulayıb: “Mən sizin düşməniniz deyiləm. İlhamə Quliyevanın qılıncının sağı-solu kəsəndə, Nazpəri “vurulan”da onu mən müdaifə etmişəm.

İşçilərimə tapşırmışam ki, həftənin neçə günü vaxtı varsa, efirə çağırın. İlhamə xanım mənə deyib Flora Kərimovanı çağırma, demişəm ki, ilk efirimə Flora gələcək. 

Səidə Sultan vurulanda onu efirimdə olmasa da, qəzetimdə müdafiə etmişəm. Mənə yaxın jurnalistlərə demişəm ki, onu müdafiə edin. Mən haqq və ədalətin tərəfindəyəm”.

 

Yenisabah.az
Mədəniyyət xəbərləri
Yenisabah.az digər xəbərlər