Xristianlara Pasxa "sürprizləri" davam edir

Xristianlara Pasxa "sürprizləri" davam edir

Partlayış bombanın zərərsizləşdirilməsi nəticəsində baş verib

BAKI, 22 aprel — Sputnik. Şri-Lankanın paytaxtı Kolomboda kilsə yaxınlığında daha bir partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Məlumata əsasən, ötən gün partlayışın baş verdiyi kilsə yaxınlığında yük maşını partlayıb. Partlayış bombanın zərərsizləşdirilməsi nəticəsində baş verib.

Qeyd edək ki, ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib. Partlayışlar nəticəsində 290 nəfər həlak olub.

Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər