Xüsusi olimpiyaçı oğlanlar arasında futbol üzrə respublika seçmə yarışları keçirilib

Xüsusi olimpiyaçı oğlanlar arasında futbol üzrə respublika seçmə yarışları keçirilib

Bakı, 20 aprel, AZƏRTAC

Xüsusi olimpiyaçı oğlanlar arasında futbol üzrə respublika seçmə yarışlarının qalibləri müəyyənləşib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbində keçirilən turnirdə birinci divizionda Göyçay Regional Programı (filialı), ikinci divizionda Nəsimi rayonu 11 saylı xüsusi təhsil məktəbi qalib olublar. Bundan başqa, üçüncü divizionda Sumqayıt Regional Proqramı (filialı), dördüncü divizionda isə Xəzər rayonu 12 saylı xüsusi internat məktəbinin komandası birinci yeri tutublar.

AZERTAG.AZ :Xüsusi olimpiyaçı oğlanlar arasında futbol üzrə respublika seçmə yarışları keçirilib

İdman xəbərləri
Azertag.az digər xəbərlər