Xüsusi olimpiyaçı qızlar arasında voleybol üzrə respublika seçmə yarışları keçirilib

Bakı, 25 aprel, AZƏRTAC
Xüsusi olimpiyaçı qızlar arasında voleybol üzrə respublika seçmə yarışlarının qalibləri müəyyənləşib.
Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, turnir Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbində keçirilib.
Yekun nəticələrə görə, birinci divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İkinci divizionda isə birinci yeri Sabunçu rayonu 170 saylı inklüziv sinifli tam orta məktəbin komandası tutub.
Qaliblərə və mükafatçılara medal və diplomlar təqdim edilib.


