Yaddaşından şikayətlənənlər bu xəbəri mütləq oxusun

Yaddaşından şikayətlənənlər bu xəbəri mütləq oxusun

Stressin yaddaşa zərər verdiyi müəyyən edilib

BAKI, 26 oktyabr — Sputnik. Stressin yaddaşa zərər verdiyi müəyyən edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Castin Eçhofo Tçequinin başçılığı ilə aparılan araşdıma zamanı stressin yaddaşa zərər verdiyi, zamanla yaddaşsızlığa səbəb olduğu müəyyən edilib.

Araşdıma nəticəsində stressin beyini büzdüyü də müəyyən edilib.

Tədqiqatlar çərçivəsində 2 mindən çox sağlam və orta yaşlı könüllülərin məlumatları araşdırılıb. Mütəxəssislər qanlarında stress yaradan kortizol hormonunun səviyyəsinin yüksək olduğu insanların yaddaş testlərində daha uğursuz olduqlarını müəyyən ediblər..

Kortizol hormonu normal səviyyədə olan şəxslərin isə beyinlərinin daha az büzüldüyü müəyyən edilib. Bu faktın daha çox qadınlarda olduğu aşkarlanıb.

İKT xəbərləri
Sputnik.az digər xəbərlər