“Yalnız cərimə ilə ədəbi dili qorumaq mümkün deyil”

“Yalnız cərimə ilə ədəbi dili qorumaq mümkün deyil”

Dövlət Dil Komissiyasıyanında Monitorinq Mərkəzinin publik hüquqi şəxsin əsasnaməsi təsdiq edilib. Məlumatagörə əsasnamədə ədəbi dil qaydalarınınpozulmasına görə cərimələr nəzərdə tutulur.

Cərimə siyasətinin tətbiqimediada ədəbi dil normalarının pozulması hallarının azalmasına səbəb ola bilərmi?

Moderator.az-a açıqlamaverən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyevyalnız cərimə hesabına uğur əldə etməyin mümkün olmadığını vurğuladı:

“Bu gün cərimə tələbini əksərqurumlardan eşitmək mümkündür. Kim nəyi düzəltmək istəyirsə cəriməyə əl atır. Dilininkişafı, dilin qorunması yalnız cərimə hesabına həll olunsaydı, onda nə vardıki... Bu, problemin həlli yolu deyil.

Problemin həlli üçün tədbirlərplanı hazırlamaq, bunu həyata keçirmək, keyfiyyəti yüksəltmək lazımdır. Tədrisinaşağı olduğu bir vəziyyətdə, redaksiyaların dil məsələsinə nəzərə almadığı bir haldayalnız cərimə ilə heç nə eləmək olmaz.

Mən hələ ki, bukomissiyanın ortaya qoyduğu plandan xəbərsizəm. Bəlkə də bu planda başqamaraqlı, faydalı müddəalar var. Lakin cərimə əsas vasitə kimi götürülürsə,bunun faydalı ola biləcəyinə inanmıram”.

Seymur ƏLİYEV

Açar sözlər
Seymur Əliyev
Hadisə xəbərləri
Moderator.az digər xəbərlər