"Yanğından zərər çəkmiş sakinlər müvəqqəti olaraq məskunlaşdırılacaq" -İcra başçısı

Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusunda baş verən yanğından zərər çəkmiş sakinlər müvəqqəti olaraq məskunlaşdırılacaq.
Bu barədə Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov məlumat verib.
Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır: “Bundan sonra yanğının başvermə səbəbləri məlum olacaq və yekun rəy veriləcək. Yanğın baş verən binaya baxış keçirdik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə işləyirik”. (Report)