Yaponiya İmperatoru Akihito taxtdan imtina ərəfəsində son tədbirdə iştirak edib

Yaponiya İmperatoru Akihito taxtdan imtina ərəfəsində son tədbirdə iştirak edib

Tokio, 26 aprel, AZƏRTAC

Aprelin 26-da Yaponiya İmperatoru Akihito və İmperatriçə Miçiko taxtdan imtina ərəfəsində ictimaiyyətin iştirakı ilə son tədbirdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, İmperator cütlüyü canlı təbiətin tədqiqi sahəsində mühüm uğurlar qazanmış alimlərin və ətraf mühitin mühafizəsində fərqlənənlərin mükafatlandırılması mərasimində iştirak edib.

Qeyd edək ki, MIDORI akademik mükafatı mayın 4-də keçirilən Yaşıllaşdırma günü ərəfəsində hər il təqdim edilir. İmperator cütlüyü 2007-ci ildə təsis edilmiş bu mükafatın təqdim olunması mərasimlərinin demək olar ki, hamısında iştirak edib.

Mükafatlar təqdim edildikdən sonra laureatlara yaxınlaşan İmperator cütlüyü onları təbrik edib.

Bildirilir ki, bu tədbirdən sonra 85 yaşlı İmperator və 84 yaşlı İmperatriçə ayın sonunda təşkil ediləcək taxtdan imtina mərasiminədək İmperator sarayında dincələcəklər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Açar sözlər
Vüqar Ağayev , Tokio , Yaponiya
İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

26-04-2019 15:11 - Azertag.az - İqtisadiyyat
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.