Yaponiyada 5,4 ballıq zəlzələ oldu

23 Aprel 2019, 00:29 | DÜNYA
Yaponiyada 5,4 ballıq zəlzələ oldu
Yaponiya sahillərindən şərqdə 5,4 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Məlumata görə, ”UTC” vaxtı ilə saat 17:45-də qeydə alınan yeraltı təkanların episentri Miyako şəhərindən 191 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.