Yaponiyada iki güclü zəlzələ olub

Yaponiyada iki güclü zəlzələ olub

Yaponiyanın Kyüşü adası sahillərində iki güclü zəlzələ olub

BAKI, 10 may - Sputnik. Mayın 10-da Yaponiyanın Kyüşü adası sahillərində təqribən bir saat ərzində iki güclü zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

5,6 bal gücündə birinci güclü zəlzələ yerli vaxtla saat 7:43 dəqiqədə qeydə alınıb. Onun episentrinin Miyazaki şəhərindən 22 kilometr cənubda, ocağının isə 30 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

İkinci 6,3 bal gücündə zəlzələ isə yerli vaxtla saat 8:48 dəqiqədə baş verib. Bu zəlzələnin episentri Miyazaki şəhərindən 39 kilometr şərqdə, ocağı 40 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərəçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər