Yaponiyada kriptovalyuta investorları vergi ödəyəcək

 Yaponiyada kriptovalyuta investorları vergi ödəyəcək

Xeberler.azxarici mediaya istinad edərək bildirir ki, Yaponiyadakı investorlar qazancları nisbətində kripto pul vergisi ödəyəcək.

Bildiyiniz kimi kripto pullar bu gün mövcud olan ən təsirli investisiya üsullarından biridir. Kripto pul vahidlərinin qiymətlərində baş verən dəyişikliklərə görə bəzi investorlar itkilərlə qarşılaşarkən, bəzi investorlar isə əhəmiyyətli qazanclar əldə edir. Busəbəbdən bəzi ölkələr investorların vergi ödəmə sistemləri üzərində işləyirlər.

Belə ki,Yaponiya Milli Vergi Agentliyi və Yaponiya Maliyyə Xidmətləri Service yeni vergitutma prosesi haqqında açıqlama verdi. İl ərzində 1800 dollar və ya daha çox qazanc əldə edən investorlar, vergi ödəmək məcburiyyətində qalacaq. Vergi ödəməsi lazım olan kəsləri təyin etmək üçün isə bir proqram üzərində işləyirlər.

Hər kəsə açıq bir şəkildə paylaşılacaq olan şəffaf sistem, investorların kar və zərər nisbətlərini hesablayacaq. Bu yolla bütün proses rəqəmsal olaraq idarə oluna biləcək. Beləlikləsistemdə təyin edilən məbləğlərə uyğun olan investorlar vergiyə cəlb olunacaqlar.

Sevinc Baba-zadə

İqtisadiyyat xəbərləri
Xeberler.az digər xəbərlər