“Yaralanmalara səbəb olan atışmalar olub” - Tonoyan

“Yaralanmalara səbəb olan atışmalar olub”  - Tonoyan
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, barədə Ermənistanın Müdafiə naziri Davit Tonoyan cəbhə xəttində hökm sürən vəziyyətə toxunarkən bildirib.

O qeyd edib ki, bu fəallıq qarşılıqlı mühəndis işlərinin aparılması ilə əlaqəlidir: “Yaralanmalara səbəb olan atışmalar olub. Bu fəallığı qarşılıqlı mühəndis işlərinin aparılması ilə əlaqələndirirəm. Bilirsiniz, yazda müəyyən mühəndis işləri aparılır, cəbhə xəttində canlanma gedir”

O, Ermənistan ordusunun ciddi şəkildə silahlanması haqqında bəyanatını bir daha təsdiqləyib.

“Bunun üçün bütün imkanlar var. Müdafiə Nazirliyi balansı qorumağa yox, üstünlük əldə etməyə çalışır”, - deyə Tonoyan əlavə edib.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər