Yarım milyon şəxsin müavinəti avtomatlaşdırılacaq

Yarım milyon şəxsin müavinəti avtomatlaşdırılacaq

“500 min şəxsin müavinətləri cari il ərzində avtomatlaşdırılacaq”.


Moderator.az xəbər verir ki, bu barədə məlumatı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, il ərzində bu məqsədlə sürətləndirilmiş iş aparılacaq:


“Hədəfimiz 6-cı aydır, ancaq insan sayı çox olduğundan bir qədər gecikmələr ola bilər”.


S.Babayev əlavə edib ki, vacib məqam bu gün sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır.

İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər