Yasamalda qadını maşın vurub

Yasamalda qadını maşın vurub

Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Şəfayət Mehdiyev küçəsində yolu keçmək istəyən Təranə adlı qadını (Soyad hələ ki, məlum deyil) maşın vurub.

Yaralı sürücü tərəfindən dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Qadın kəllə- beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

loading...

Açar sözlər
Bakı , Yasamal , Şəfayət Mehdiyev Küçəsi
Hadisə xəbərləri
Sia.az digər xəbərlər