Yasamalda qadını maşın vurub

Yasamalda qadını maşın vurub

Bakının Yasamal rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şəfayət Mehdiyev küçəsində yolu keçmək istəyən qadını (ad-soyad hələ ki, məlum deyil) maşın vurub.

Yaralı sürücü tərəfindən dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Qadın kəllə- beyin travması ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Açar sözlər
Bakı , Yasamal , Şəfayət Mehdiyev Küçəsi
Hadisə xəbərləri
Musavat.com digər xəbərlər