"Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”

"Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”
08 Aprel 2019 [23:15]

"Əgər mənim günahkar olduğumu deyirlərsə, eybi yox, qoy, mən günahkar olum. Mənim günahım yoxdur. Günahı olanları Allaha tapşırıram və hər şeyi zamana buraxıram! Amma böyük sənətkar Yaşar Nuri sağ olsaydı, mənim başıma bu oyunu açmazdılar”.


Bu sözləri "Space" Televiziyasında "Hər səhər" verilişində baş vermiş xoşagəlməz məlum hadisənin "qəhrəmanı" müğənni Rüfət Axundov deyib.


"Rəşada heç bir iradım yoxdur, qüsuru gərək insan özü özündə tapsın", - deyən R.Axundov bu məsələdə özünü günahkar bilir:


"Hər kəs özü səhvini başa düşməli və cavabdeh olmalıdır. Günahsız olduğumu görən insanların münasibəti, fikri mənə yetərlidir. Kor-kor, gör-gör, qoy, dəfələrlə o videoya baxsınlar və kimin günahkar olduğunu düzgün şəkildə ortaya çıxarsınlar".


Vurğulayaq ki, Rüfət Axundov işdən çıxarılması və bütün televizyalarda qadağa qoyulması xəbərini də təsdiqləyib.


news24.az

Mədəniyyət xəbərləri

"Qocalar cavan olublar və cavanlığın nə olduğunu bilirlər, cavanlar hələ qocalmayıblar..."-  ANAR DA YAZDI

26-04-2019 19:15 - Cebhe.info - Mədəniyyət
Səhər doqquzda məni cib telefonum oyatdı, hansı saytdansa soruşurdular: Musa Yaqubun vəziyyətiylə bağlı Yazıçılar Birliyi nә tәdbirlər görmәk fikrindәdir? Yuxulu-yuxulu cavab verdim ki, Musa Yaquba nə olub ki, yubileyini keçirdik, indi istədiyi nədir?



Xoş niyyətləri olsaydı bu sözlərimi belə başa düşərdilər ki, şairin daha hansı xahişi, arzusu var? Bəd niyyətləri olduğu üçün qəsdən belə yozdular ki, guya mən «yubileyini keçirmişik, daha bizdən nə istəyir?» kimi kobud münasibət bildirmişəm.



Yaxın dost olmasaq belə ikimiz də eyni nəslə mənsub qələm adamları kimi Musayla həmişə xoş və mehriban münasibətlərimiz olub, onu şair kimi yetərincə qiymətləndirmişəm, haqqında yazı yazmışam, onu ən yüksək adlara təqdim etmişəm. İndi guya ona qahmar duranlar mənə zəng edib məlumat verə bilməzdilərmi? Telefon ki, çoxdan icad olunub, indi üzə görə canyananlıq göstərənlərin hansı biri bu barədə mənə xəbər çatdırıb, konkret təklif irəli sürub? Yox, bunların dərdi Musa deyil, nəyin bahasına olur olsun, hər fürsətdən istifadə edib Yazıçılar Birliyini ləkələməkdir.



Öz dedikləriylə ürəkləri soyumadı xəstə Musa Yaqubun da adından (məhz adından, özüdən yox) bəyanat aldılar ki, guya şair belə deyib: Qorxdular.
Mia.az digər xəbərlər