Yayda necə qidalanmalı, nə yeməliyik? - Həkimdən açıqlama

Yayda necə qidalanmalı, nə yeməliyik? - Həkimdən açıqlama

Yay aylarında necə qidalanmalıyıq? İsti havalarda qidalanmada nələrə diqqət etməliyik?

Day.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Referans Poliklinik Mərdəkan filialının endokrinoloq-diyetoloqu Vüsalə Babayeva məlumat verib.

Həkim qeyd edib ki, yay aylarında ilk növbədə, orqanizmin su və mineral balansını qorumağa diqqət yetirilməlidir.

V. Babayevanın ayda qidalanmaya dair məsləhətlərini təqdim edirik:

- Daha çox su qəbul etmək;

- Həzmi rahat olan qidalar qəbul etmək;

- Ədviyyatlardan az istifadə etmək;

- Paketlənmiş, işlənmiş hazır qidalardan uzaq durmaq;

- Şəkərli və qazlı içkilər əvəzinə, təbii mənbələrdən olan içkilər istifadə etmək;

- Çay və qəhvə qəbulu sayını azaltmaq;

- Gün ərzində qidalanma sayını azaltmaq.

Açar sözlər
Vüsalə Babayeva , Həkim
İKT xəbərləri
Terefdar.az digər xəbərlər