Yaz depressiyasından qurtuluş yolu: sarı geyinin - VİDEO

Yaz depressiyasından qurtuluş yolu: sarı geyinin - VİDEO

Yaz depressiyasından qurtuluş yolu: sarı geyinin - VİDEO

Yaz ayları bəzi insanlarda həyat eşqini oyatsa da, bəzilərinə əksinə, pis təsir edir. Bu fəsildə kimi depressiyadan, kimi allergiyadan, kimi isə orqanizmdə yaranan fəsadlardan əziyyət çəkir.

Həkim-terapevt Adil Qeybullanın sözlərinə görə, yaz aylarında ən çox rast gəlinənproblemlər mədə-bağırsaq, vitamin çatışmazlığı və allergiyadır.

O bildirir ki, orqanizmdə yaranan problemlərlə yanaşı, sinir sistemində də dəyişiklik baş verir. Bu zaman bəzi insanlarda depressiv hallar müşahidə edilir. Müsahibimiz deyir ki, insanlarda D vitamininin çatışmazlığı da depressiyanınsəbəblərindən biridir.

Həkim bu ərəfələrdə meyvə və tərəvəzdən bol istifadəni və idmanla məşğul olmağı məsləhət görür.

Psixoloq Təhminə Çələbi deyir ki, fəsillər dəyişdikcə insanlarda adaptasiya prosesi baş verir və psixoloji pozuntular varsa, bu zamanüzə çıxır.

Müsahibimizin sözlərinə görə, bu fəsildə kimi depressiv, kimi isə hiperaktiv olur.

Psixoloq bildirir ki, yazda sarı rəngdən istifadə etdikdə depressiya halları daha az olur.

O deyir ki, fəsillərin dəyişməsi insan ruhuna müsbət təsir göstərir və müşahidələrə əsasən, ən çox intihar hadisələri fəsillər dəyişməyən ölkələrdə baş verir.

İKT xəbərləri
Oxu.az digər xəbərlər