Yəmən Sokotraya görə BƏƏ-yə etiraz etdi

Yəmən Sokotraya görə BƏƏ-yə etiraz etdi
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yəmənin Ədən şəhərində fəaliyyət göstərən hökumət qüvvələri Sokotra adasına görə Birləşmiş Ərəb Əmirliklərinə etiraz edib.

Məlumatda vurğulanır ki, Birləşmiş Ərəb Əmirlikləri Sokotra adasına 100 əsgərini yerləşdirib.

“Onlar Sokotra adasını Yəməndən qopartmaq istəyirlər”, - deyə hökumətin yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, Sokotra adası Yəmənə məxsus ərazi vahididir.

Sevinc əliyeva

Siyasət xəbərləri

“Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans keçirilib (FOTO)

10-05-2019 19:06 - Trend.az - Siyasət
Təhsil müəssisəsindən Trend-ə verilən məlumata görə, universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov ulu öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu, dövlətimizin qurulması və möhkəmlənməsindəki xidmətlərini, eləcə də ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini qeyd edib. BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi Qulam İsakzai, AMEA-nın Coğrafiya İnstitunun direktoru professor Ramiz Məmmədov, Böyük Britaniyanın Kral Coğrafiya Cəmiyyətinin üzvü, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının vitse-prezidenti Maykl Maunsel, Beynəlxalq Dağçılıq və Alpinizm Federassiyasının Dağların mühafizəsi Komissiyasının üzvü, Birinci Albert Dağçılıq İdarə Heyətinin üzvü Lode Bekers , BMT Qida və Kənd təsərrüfatı təşkilatı nəzdində Dağ tərəfdaşlığı katibliyinin proqram rəhbəri Rozalauro Romeo, “Zukov” ətraf mühitin müdafiəsi Fondunun təsisçisi Mixael Zukovun çıxışlarında dağ landşaftlarının xüsusiyyətləri, məskunlaşmanın vəziyyəti, dünyanın müxtəlif ölkələrində bu sahədəki problemlər, perspektivlər, dağlıq ərazilərdə infrastruktura, təhsil və müxtəlif xidmətlərə çıxış imkanlarının təmin olunmasının vacibliyi məsələləri, dağların mühafizəsi sahəsində həyata keçirilən layihələr və s.
Heydər Əliyev Fondunun 15 illik yubileyidir

Heydər Əliyev Fondunun 15 illik yubileyidir

10-05-2019 10:58 - Ann.az - Siyasət
Fondun məqsədləri aşağıdakılarır:- görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək;- Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək;- elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək;- respublikanın və xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək;- yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;- insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək;- Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;- uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək;- Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;- Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq;- respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək;- elmi tədqiqatların aparılmasına yardım göstərmək;- xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək;- uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirmək;- səhiyyə və tibbi təsisatları inkişaf etdirmək;- ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləmək, sağlam həyat tərzini təbliğ etmək;- Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək;- uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək;- dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək.
Ordu.az digər xəbərlər