Yeni Android 10 əməliyyat sistemi təqdim edilib

Yeni Android 10 əməliyyat sistemi təqdim edilib

“Google” dünən yeni Android 10 əməliyyat sisteminin təqdimatını keçirib, şirkət nümayəndələri hər hansısa yeni bir şeydən bəhs etməyiblər. Hələ ki yeni Android əməliyyat sisteminə heç bir ad verilməyib.

Əsas yeniliklərdən biri Samsung Galaxy Fold kimi modellərin əyilən ekranların dəstəklənməsi olacaq.

Eyni zamanda, yeni əməliyyat sistemində 5G şəbəkəsi olacaqdır, hansıki hal-hazırda ən aktual funksiyalardan biridir. Cari ilin sonunadək təxminən 20 operator bu şəbəkəni istifadəyə verməyi planlayır.

“Google” valideyn nəzarəti, məxfilik ayarlarını və smartfondan istifadə müddətini məhdudlaşdıran funksiyaları daha da genişlədirib.

Yeniliklərə Live Caption funksiyası da aid olunur. Live Caption – nitqi mətnə çevirən xüsusi texnologiyadır. Yəni, bütün videolar altyazılı olacaq.

Android 10 əməliyyat sisteminin beta versiyasını alacaq smartfonlar:

  • Pixel və Pixel XL
  • Pixel 2 və Pixel 2 XL
  • Pixel 3/3а və Pixel 3 XL/3а XL
  • ASUS ZenFone 5Z
  • Essential PH-1
  • Nokia 8.1
  • Huawei Mate 20 Pro
  • LG G8 ThinQ
  • OnePlus 6/6T
  • OPPO Reno
  • Realme 3 Pro
  • Sony Xperia XZ3
  • Tecno Spark 3Pro
  • Vivo X27
  • Vivo NEX S
  • Vivo NEX A
  • Xiaomi Mi Mix 3 5G
  • Xiaomi Mi 9

Hadisə xəbərləri
Bizplus.az digər xəbərlər