Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsi üçün 20-yə yaxın yeni layihə hazırlanıb

 Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsi üçün  20-yə yaxın yeni layihə hazırlanıb

"20-yə yaxın yeni layihə hazırlanıb. Bunlardan 12-si məcəllə və qanunlara dəyişiklikləri nəzərdə tutan layihələrdir".

Metbuat.az-ın məlumatına görə, bunu "Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda keçirilən dəyirmi masada Ədliyyə nazirliyinin Qanunvericilik Baş İdarəsinin iqtisadi normativ aktlar idarəsinin məsləhətçisi Aytən Haciyeva bildirib. Onun sözlərinə görə, Mülki Məcəlləyə yeni dəyişikliklərdə diqqəti qəlb edən 144.1-ci maddədir ki, mülkiyyətçinin torpaq sahəsində inşa etdiyi binanı özünün təsdiq etdiyi bölünmə planı əsasında hissələrə ayırmaq və həmin hissələrdə mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq, üçüncü şəxslərə özgəninkiləşdirilmək hüququ tanınır:

"Qabaqcadan qeydiyyat institutunu əvəz edən təminat qeydi institutunda fərq məhz ondan ibarətdir ki, burada mülkiyyətdə olan torpaq sahəsində yerləşən binanın tərkib hissələrinin özgəninkiləşdirilməsi hüququ tanınır. Qabaqcadan qeydiyyat institutunda isə icarə və istifadədə olan torpaq sahələrində bina tikintisini aparmaq və tərkib hissələrinin satılması imkanları mövcud idi. Uyğunlaşdırılma aparılanda hazırlanan layihələrdə bu yanaşma müsbət qiymətləndirildi. Təkcə binadan tərkib his əldə edən şəxsləri yox, həm də fərdi yaşayış evlərini əldə edən şəxslərin də mənzil hüququnun təminatının daha da yaxşılaşdırılmaq üçün məhz fərdi yaşayış evlərinin də mülkiyyətdə olan torpaq sahəsində tikintisinin məqsədəuyğunluğu vurğulanır.

Həmçinin Mülki Məcəllədə bölünmə planının təminat qeydi, bütün bu proseslərdə notariusların fəal iştirakı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanun, notariat haqqında qanun, ipoteka haqqında qanunlara geniş həcmli layihələr hazırlanıb. Təminat qeydi ilə bağlı yeni maddə işlənib ki, bu maddənin qüvvəyə minməsindən sonra bu qeydin forması da müəyyən ediləcək. Həmçinin notariat haqqında qanuna bölünmə planının notarius tərəfindən təsdiqini tənzimləyən yeni maddənin əlavə edilməsi təklif olunub. Bu layihə də qüvvəyə mindikdən sonra notariat hərəkətlərinin aparılması ilə bağlı təlimata müvafiq dəyişiklər ediləcək. İpoteka haqqında qanuna dəyişikliklərdən mühüm hissələri qeyd etmək istəyirəm. Qanunun hazırki qüvvədə olan 6-cı maddəsində ipoteka predmeti olan daşınmaz əşya dedikdə mövcud olan, ya da tikintisi başa çatdırılmamış daşınmaz əşya nəzərdə tutulur. Hazırlanan layihədə isə tikintisi başa çatdırılmayan əşya əvəzinə Daşınmaz Əmlakın Dövlət Reyestrində barəsində təminat qeydi aparılan torpaq sahəsinin əvəz edilməsi təklif olunub. Düşünürük ki, ipoteka saxlanılanların hüquqlarının təminatı baxımından daha yüksək təklifdir.

Çünki qabaqcadan qeydiyyat institutu sadəcə mövcud olmayan əmlaka ipoteka yüklülüyü nəzərdə tuturdusa, artıq təminat qeydi institutu ilə tikintisi başa çatmayan binanın bağlı olduğu torpaq sahəsinə də yüklülüyü aid edilir. İlk dəfə olaraq bu Mülki Məcəlləyə müzakirə olunan dəyişikliklərdə bu cür mühüm təklif nəzərdə tutulur ki, bu isə ipotekada olanların hüquqlarının təminatında daha mühüm rol oynayacaq.

Digər dəyişiklik təklifi isə bölünmə planının hüquqlarının qeydiyyatı üçün əsas olmasından çıxış edərək həm Mülki Məcəllədə, həm də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunda hüquqların qeydiyyatı əsaslarına aid edilməsilə bağlıdır. Daha sonra bilirik ki, bölünmə planı torpaqda payların faiz nisbəti ilə müəyyənləşdirilirdiyinə görə, yaşayış binasının tərkib hissəsindən bağlı Mülki Məcəllənin digər müddəalarının təkmilləşdirilməsi təklif olunur. Bölünmə planının təsdiqi üçün dövlət rüsumunun məbləği barədə dövlət rüsumu haqqında qanuna təkliflər nəzərdə tutulur və ən nəhayət bölünmə planının notarius tərəfindən təsdiq qeydi formasının müəyyən edilməsi üçün də Nazirlər Kabinetinin müvafiq qərarına layihə hazırlanıb. Bütün bu hazırlanan layihələrdən hazırda 4 Fərman qüvvəyə minib".

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər