Yeni “iPhone” smartfonunun xüsusiyyətləri açıqlandı

Yeni “iPhone” smartfonunun xüsusiyyətləri  açıqlandı

"Cult of Mac" portalı çinli analitik Mini Çji Kuoya istinadən cari ilin ikinci yarısında satışa çıxarılması gözlənilən yeni "iPhone"-nun xüsusiyyətləri haqda məlumat verib.

Onun məlumatına görə, smartfonda ön kameranın təsvir ölçüsü 8-dən 12 meqapikselə kimi yüksələcək. Bundan başqa, ön kamera xüsusi örtüklə gizlədiləcək.

Həmçinin əsas kamera genişformatlı çəkiliş üçün üçüncü obyektivlə təchiz edilə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İKT xəbərləri
Olaylar.az digər xəbərlər