"Yeni qanun layihəsi fermerlərə diqqətin bariz nümunəsidir"

"Yeni qanun layihəsi fermerlərə diqqətin bariz nümunəsidir"

“Heç kim kənd təsərrüfatı məhsullarının sığortası ilə məşğul olmaq istəmir. Çünki, sığorta təşkilatları bilir ki, buradan ziyana düşə bilər. Bu baxımdan “Aqrar sığorta haqqında” qanunun ən böyük üstünlüyü odur ki, burada dövlət aqrar sığorta ilə bağlı olan riskləri öz üzərinə götürür”, SİA-nın xəbərinə görə, bunu ekspert Zahid Abbasov Milli Məclisin aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanunvericilikdə qeyri-kommersiya təşkilatlarının da sahibklarlıq fəaliyyəti ilə məşğul olmaq imkanı olduğunu deyən ekspert söyləyib ki, amma qeyri-kommersiya təşkilatlarının mənfəəti üzvlər arasında bölünərək fəaliyyətin genişləndirilməsinə yönəldilir: “Bu təşkilatların mənfəəti aqrar sığorta tərəfindən ayrılan sığorta və dövlət tərəfindən ayrılan maliyyədir”.

Ekspertin sözlərinə görə, yeni hazırlanan qanun layihəsinin ən böyük üstünlüyü aqrar sahədə olan riskləri aradan qaldıracaq: “Bu da prezident İlham Əliyevin fermerlərə diqqət və qayğısının bariz nümunəsidir. Qanun layihəsində öz əksini tapan müddəalardan biri odur ki, əgər fermer bu gün müqavilə bağlayırsa, haqqı ödəmək üçün vəsaiti yoxdursa, o zaman aqrar sığorta orqanı müəyyən dövr üçün fermerin yerinə ödəyir və daha sonra həmin vəsaiti fermerdən alır”.

Z. Abbasov qeyd edib ki, qanun layihəsinin digər üstünlüklərindən biri burada idarəetmə sistemində məqsədə uyğun fəaliyyətin nəzərdə tutulmasıdır: “Aqrar sığorta orqanı heç kimlə müqavilə bağlamır. Bu məqsəd üçün idarəetmə qurumu yaradılır. Bu qurum səhmdarları sığorta təşkilatlarını cəlb etməklə vasitəçilik funksiyasını daşıyır”.

Ekspert qanun layihəsində uyğunsuzluqlarla bağlı fikirlərini bildirərək, layihənin dilinin ağır və anlaşılmaz olduğunu dilə gətirib.

loading...

İqtisadiyyat xəbərləri
Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

Peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusu veriləcək

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Yeni qəbul edilən “Peşə təhsili haqqında” qanunda peşə təhsili müəssisələrində oxuyanlara tələbə statusunun verilməsi nəzərdə tutulur


 
 
 
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində keçirilən “İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması” mövzusunda konfransda çıxış edərkən deyib.
C.Bayramov bildirib ki, “Peşə təhsili haqqında” qanunda beynəlxalq təcrübəyə uyğun olaraq, peşə təhsili sisteminin ilk peşə, texniki peşə və yüksək peşə təhsili olmaqla, 3 səviyyədə fəaliyyət göstərməsi müəyyən edilib.
Qanunda ümumi təhsil müəssisələrində ilk peşə təhsili üzrə təmayüllü siniflərin yaradılması, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsinin verilməsi, tələbələrə iş yerində təcrübə müqaviləsi bağlamaq və minimum əməkhaqqından az olmamaq şərtilə ödənilmə, xüsusi müdafiəyə ehtiyacı olan şəxslər üçün güzəştlərin müəyyən edilməsi kimi yeni müddəalar təsbit edilib.
Nazirin sözlərinə görə, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına töhfə verir.
MilliYol.
Sia.az digər xəbərlər