Yeni təmirdən çıxmış Babək prospektində yol yenə çökdü

Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.
Sonxeber.az bildirir ki, "Xəzərxəbər"in məlumatına görə, yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır.
Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurlar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.
Xüsusilə axşam qaranlıq saatlarda çuxuru görmək daha çətin olur.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.
Sonxeber.az
Açar sözlər
Azərbaycan Avtomobil Yolları
, Babək